Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meyiti yandırılmağa aparılan qadın maşında dirildii

Meyiti yandırılmağa aparılan qadın maşında dirildii

Tarix: 23 Fevral 2024 23:16

Hindistanda ölən bir qadın yandırılmağa aparılan zaman qəflətən özünə gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, fevralın 1-də evində baş verən yanğın nəticəsində Berhampurlu 52 yaşlı Buji Aamma aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Evə qayıtdıqdan sonra onun vəziyyəti ağırlaşıb. Bir neçə gündən sonra heç bir həyat əlaməti göstərməyib.

Onun öldüyünə əmin olan əri Sibaram Palo cəsədin yandırılması üçün daşınmasını təşkil edib. 

"Biz onun öldüyünə inandıq və yerli sakinlərə cəsədi kremasiya sahəsinə aparmaq üçün cənazə maşını təşkil etmələri barədə xəbərdar etdik", - qadının yoldaşı bildirib. 

Lakin tezliklə qadınlardan biri Aammanın gözlərini açdığını görüb:

"Əvvəlcə qorxduq, çünki oxşar hekayələri eşitsək də, ilk dəfədir ki, belə bir şey görürdük". 

Kremasiyaya gəldikdən yarım saat sonra cənazə maşınının sürücüsü Aammanı qaytarmaq üçün yenidən çağrılıb.

Milli.Az


Etiketlər:  Meyiti yandırılmağa aparılan qadın maşında dirildii


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ