Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neptun və Uran ətrafında yeni peyklər ortaya çıxdı - FOTO

Neptun və Uran ətrafında yeni peyklər ortaya çıxdı - FOTO

Tarix: 26 Fevral 2024 04:06

Astronomlar Neptun və Uran planetləri ətrafında yeni peyklər tapıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, günəş sistemində əvvəllər məlum olmayan peyklər Havay və Çilidəki teleskoplar vasitəsilə aşkar edilib.

Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında da kiçik bir peykin olduğunu müəyyən ediblər.

Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərdən sonra Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə çatdığını açıqlayıb.

Vaşinqtondakı Karnegi Elm İnstitutundan astronom Skott Şeppard hələ kəşf edilməmiş çox sayda kiçik peyklərin ola biləcəyini bildirib.

Həmçinin qeyd edilib ki, Uran ətrafında fırlanan və diametri təxminən 8 kilometr olan yeni peyk, ehtimal ki, planetin peykləri arasında ən kiçiyidir.


Etiketlər:  Neptun Uran ətrafında yeni peyklər ortaya çıxdı FOTO


RƏYLƏR