Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''dan növbəti qələbə...

''Qarabağ''dan növbəti qələbə...

Tarix: 26 Fevral 2024 06:52

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Lider "Qarabağ" ən yaxın izləyicisi olan "Sumqayıt"ı qəbul edib.

2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun kollektivi xallarının sayını 54-ə çatdırıb və ən yaxın izləyicisi ilə fərqi 18 xala yüksəldib.

Turun əvvəlki oyunlarında "Kəpəz" "Qəbələ"ni (2:1), "Səbail" "Sabah"ı (2:0), "Zirə" "Araz-Naxçıvan"ı (3:0) məğlub edib, "Turan Tovuz"la "Neftçi" (1:1) bərabərə qalıblar.

Qeyd edək ki, Premyer Liqada XXV turun görüşləri 1-3 noyabrda oynanılacaq.


Etiketlər:  Qarabağdan növbəti qələbə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ