Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 16:12
Azərbaycan Premyer Liqasının XXV turunun cədvəlində dəyişiklik edilib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
"Sumqayıt" - "Kəpəz" oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurların yekunlaşması səbəb olub.
Qeyd edək ki, turun açılış matçı martın 1-də keçiriləcək.