Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kriştianu Ronaldu ilə bağlı araşdırmalara başlanıldı

Kriştianu Ronaldu ilə bağlı araşdırmalara başlanıldı

Tarix: 26 Fevral 2024 20:08

Səudiyyə Ərəbistanı Futbol Federasiyası "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun oyunundan (3:2) sonra "Əl-Şəbab" azarkeşlərinə nalayiq jest göstərməsi olub.

Qeyd edək ki, bu, Səudiyyə Ərəbistanında Ronaldu ilə bağlı ilk belə hadisə deyil. Keçən ilin aprelində o, "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqdan sonra da nalayiq hərəkətlər nümayiş etdirib. Bu ayın əvvəlində isə Kristianu tribunadan ona atılan "Əl-Hilal" şərfini götürərək şortunun içinə salıb və sonra tribunaya atıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə 39 yaşlı Kriştianu Ronaldo 20 matça çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. Həmçinin onun hesabında Ərəb Çempionlar Klublar Kubokunda üç oyun və dörd qol var. Bundan əlavə, o, Asiya Futbol Konfederasiyası Çempionlar Liqasının altı oyununda beş qol vurub.

Ümumilikdə Ronaldu 2023-cü ildə 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri seçilib.

Milli.Az


Etiketlər:  Kriştianu Ronaldu ilə bağlı araşdırmalara başlanıldı


RƏYLƏR