Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vidadi Rzayev: "Qarabağ" "Bayer"i keçmək gücündədir”

Vidadi Rzayev:

Tarix: 27 Fevral 2024 12:46

"Qarabağ" qrupda da "Bayer"lə qarşılaşıb və rəqibi tanıyır".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın "Bayer"lə oyununa münasibət bildirib. Rzayevin sözlərinə görə, Azərbaycan çempionu almanları yaxşı analiz edib, gözəl nəticə əldə bilər: "Qarabağ"ın məşqçilər heyəti və ümumilikdə komanda bunu bacaracaq gücdədir. Düzdür, bu, futboldur. Ona görə dəqiq proqnoz vermək olmaz. Çünki "Braqa" ilə görüşdə də heç kim "Qarabağ"dan qələbə gözləmirdi. Ona görə ki, Portuqaliya futbolu ilə bizimkini müqayisə etmək belə düz deyil. Onların futbol fəlsəfəsi tamamilə başqadır. Bunları nəzərə alsaq, "Qarabağ" "Bayer"i keçmək gücündədir. İnanırıq ki, Qurban Qurbanovun komandası növbəti yeni tarixə imza atacaq".

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ilk oyunu martın 7-də Bakıda, cavab matçını 1 həftə sonra səfərdə keçirəcək.

Milli.Az


Etiketlər:  Vidadi Rzayev Qarabağ Bayeri keçmək gücündədir


RƏYLƏR