Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi açılacaq

“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi açılacaq

Tarix: 27 Fevral 2024 15:27

Yazın gəlişini bildirən Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzində əlvan rənglərlə bol olan bahar təravətli ekspozisiya təqdim ediləcək.

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılacaq. Özbəkistan mədəniyyətinin və incəsənətinin inkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 148-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdiriləcək. Sərgi XIX əsrin sonu-XX əsrin əvvəlində Özbəkistanın mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunub.  

Sərgi bir neçə bölmədən ibarət olacaq: kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdən əl ilə işlənmiş dekorativ tekstil - suzaninin nümunələrinin nümayiş olunacağı tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan qədim ustaların gümüş, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi.

Sərgi XIX-XX əsrin əvvəlində Özbəkistana xas olan sənətkarlığın dirçəlişini əks etdirir. Qeyd edək ki, buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.

Milli.Az


Etiketlər:  İlmələrdə yaşayan irs Özbəkistan tikmələrinə səyahət sərgisi açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ