Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda hakimiyyət dəyişikliyi: Rusiyanın namizədi Köçəryandır?

Ermənistanda hakimiyyət dəyişikliyi: Rusiyanın namizədi Köçəryandır?

Tarix: 29 Fevral 2024 14:04

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə çalışır.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

"Sentyabr hadisələri zamanı Rusiyanın yüksək rütbəli rəsmiləri Ermənistanda dövlət çevrilişinə çağırış etdilər, bundan sonra suallar daha da artdı. İndi münasibətimizdə çox böyük sual işarələri var. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi prosesi yaradır.

Bütün Rusiya telekanalları və dövlət mediasının ən nüfuzlu simaları Ermənistan hakimiyyətinə qarşı davamlı təbliğat və kampaniya aparanda, ölkənin yüksək rütbəli rəsmiləri, elə həmin Dmitri Medvedev belə bəyanatlar verəndə, başqa nə düşünməliyik?", - deputat bildirib.

Aleksanyan sabiq prezident Robert Köçəryan və ətrafının açıq-gizli mətnlə dövlət çevrilişinə eyham vurduqlarını da söyləyib.

Deputat Rusiya sərhədçilərinin İrəvandakı "Zvartnos" hava limanından çıxarılmalı olduğunu da qeyd edib:

"Ermənistan ərazisində fəaliyyət göstərən beynəlxalq hava limanında sərhəd mühafizə xidmətinin Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilməsi normal, məntiqli və rasionaldır".


Etiketlər:  Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın namizədi Köçəryandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ