Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayer" Bakıya ağır itki ilə gələcək

Tarix: 29 Fevral 2024 15:56

"Bayer" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la matça ciddi itki ilə çıxa bilər. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin hücumçusu Viktor Bonifas yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı Nigeriya millisinin heyətində ciddi xəsarət alıb. Onun aprelə kimi yaşıl meydanlara qayıtması real görünmür.

Xatırladaq ki, Bonifas bu mövsüm 16 qolla "Bayer"in bombardiridir. 23 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la hər iki görüşdə (5:1, 1:0) fərqlənib.

Milli.Az


Etiketlər:  Bayer Bakıya ağır itki ilə gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ