Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AzTV-də nə danışdığı bəlli olmayan deputat - VİDEO

AzTV-də nə danışdığı bəlli olmayan deputat - VİDEO

Tarix: 29 Fevral 2024 17:48

Ermənistanda kriminogen vəziyyət gün keçdikcə daha da ağırlaşır. Belə ki, ötən ilin 10 ayında qonşu ölkədə 31598 cinayət qeydə alınıb ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1778 fakt çoxdur.

Ağır cinayətlərin sayı 1425-ə çatıb, qətllərin sayı yarıbayarı çoxalıb.

Üstəlik, ordunun qalıqlarında da üçtü açılmamış cinayətlərin sayında artım var.

AzTV bununla bağlı məntiqli və faktlarla zəngin süjet nümayiş etdirib. Lakin süjeti korlayan bir amil olub.

Ermənistandakı kriminogen vəziyyətin kəskinləşməsindən, ermənilərin sanki ötən əsrin sonlarındakı xaosa qayıtdıqlarından bəhs edən süjetdə rəyi soruşulan Milli Məclisimizin deputatı nə deməlidir?

Və ümumiyyətlə, həmin deputat kim olmalıdır?

Birmənalı olaraq, Ermənistandakı situasiyaya bələd olan siyasətçi, hərbi ekspert, yaxud da hüquqşünas.

Amma yox, Milli Məclisiin binasının girişində gün keçdikcə danışığı Rusiyanın sabiq baş naziri Viktor Çernomırdini xatırladan deputat Arzu Nağıyev.

O şəxs ki, sözləri söyləyir, cümlə dediyi barədə təəssürat yaranır, amma sonra anlayırsan ki, heç nə anlamayıbsan.

Arzu Nağıyevin açıqlamasını olduğu kimi təqdim edirik:

"Düşünürəm ki, bu gün Ermənistanda istər hüquq-mühafizə orqanlarında, istər orduda baş verən son hadisələr, ölüm hadisələri bir daha göstərir ki, artıq burada siyasi proseslər.. hansı ki, siyasətlə məşğul olmamalıdılar... bu sistemə, yəni ordu və digər hüquq-mühafizə orqanlarına da keçib. Bu gün istər Cənubi Qafqaz, istər regionda kriminallaşmış və proseslərdə ən ağır nəticə verən məhz Ermənistandır".

Nə anladınız?

"Ordu və digər hüquq-mühafizə orqanları" nə deməkdir? Bölgəmiz Cənubi Qafqazdırsa, "istər Cənubi Qafqaz, istər regionda" ifadəsinin anlamı nədir? "Ən ağır nəticə verən Ermənistan" dedikdə nə nəzərdə tutulur?

Suallar az qala ritoriklik məcrasına yönəlir, ancaq heyhat...

"Mən də dedim" məntiqi ilə davranan Arzu Nağıyev sanki katrenlərlə, kodlarla, şifrlərlə danışır, biz bu müdrikliyi anlamırıq, Qustav Klimt və ya Kazimir Maleviç sənətini ibtidai sinif şagirdi səviyyəsində qavrayırıq.

Belədirsə, o, Viktor Çernomırdinin irsinin layiqli və yeganə yerli davamçısıdır.

O şəxsin ki, dedikləri söz yığını idi və çözülməyə ehtiyac duyulurdu.

Milli.Az


Etiketlər:  AzTV danışdığı bəlli olmayan deputat VİDEO


RƏYLƏR