Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 20:26
Rusiyanın danışıqlarda iştirakı olmadan Ukraynada sülh mümkün deyil.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın federal kansleri Karl Nehammer deyib.
Kansler bu məsələdə Moskva ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.
"Bizə Vladimir Putinin danışıqlar masası arxasında oturmasına da ehtiyacımız var, çünki əks halda sülhə nail ola bilmərik", - Nehammer vurğulayıb.
Bundan əvvəl BMT dünya siyasətçilərini Ukrayna ətrafında vəziyyətin pisləşməsinə səbəb ola biləcək ritorikadan çəkinməyə çağırıb.
Qeyd edək ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. Eyni zamanda, o, hazırda bu məsələ ilə bağlı Avropa ölkələri arasında konsensusun olmadığını vurğulamışdı.
Bundan sonra Böyük Britaniya, Almaniya, Macarıstan, Polşa, Avstriya və bəzi digər Avropa ölkələrinin liderləri, həmçinin NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynaya hərbi personal göndərmək planları yoxdur.
Ağ Ev, həmçinin əmin edib ki, Ukraynada ABŞ-ın hərbi mövcudluğu olmayacaq.