Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Banan və kəsmikdən hazırlanan dadlı desert

Banan və kəsmikdən hazırlanan dadlı desert

Tarix: 1 Mart 2024 00:27

Kəsmik və banandan asan və çox dadlı desert hazırlamaq mümkündür. Həmçinin, bu desert qismən dietik də sayılır. 

Sonxeber.net lent.az-a istinadən banan və kəsmikdən hazırlanan deserti təqdim edir: 

Lazım olan ərzaqlar: 

Bir paket kəsmik;

İki yetişmiş banan;

Kiçik bir qaşıq bal;

Bir neçə qaşıq xama;

Bir çimdik vanilin;

Bir neçə peçenyevə qoz-fındıq.

Əvvəlcə bananların qabığını soyub parçalara ayırmaq lazımdır. Bananları bir qarışdırıcıya qoyun və hamarlanana qədər püre halına salın. Sonra kəsmiki xama və vanili əlavə edərək qarışdırın. 

Bütün inqrediyentləri əlavə etdikdən sonra blenderlə onu püre halına salın. Bal əlavə edib qarışdırın.

Süfrəyə verməzdən əvvəl üzərinə doğranmış qoz-fındıq əlavə edin.


Etiketlər:  Banan kəsmikdən hazırlanan dadlı desert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ