Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2019 06:16
Bakı. Trend:
Londonun Dalich qalereyasından, Rembrandtın "Rembrandt's Light" sərgisindən iki rəsm əsərini oğurlamağa cəhd olunub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, həyəcan siqnalı işə düşdükdən dərhal sonra polis hadisə yerinə gəlibi. Təcavüzkarları yaxalamaq mümkün olmayıb, təqib zamanı onlardan biri polis məmurunun üzünə naməlum maddə töküb. Hollandiyalı sənətkarın rəsmləri sonradan qalereyanın müxtəlif yerlərində tapılıb.
İstintaq davam edir.
Sərgi və qalereya polisin hərtərəfli yoxlamaları üçün bir müddət bağlanacaq.
Təcavüzkarların hansı rəsm əsərlərini oğurlamağa çalışdıqları açıqlamayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin