Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalmaqallı görüntülərdən sonra Nia və Furkan nişanlandı - VİDEO - FOTO

Qalmaqallı görüntülərdən sonra Nia və Furkan nişanlandı - VİDEO - FOTO

Tarix: 3 Mart 2024 10:55

"TikTok" video platformasının ulduzu Nia Kurbanova və türk bloger Furkan Ağluç nişanlanıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu haqda cütlük ayrı-ayrılıqda sosial şəbəkə hesablarında məlumat yayıblar.

Nişan mərasimindən çəkilən foto və videoları izləyiciləri ilə bölüşən aşiqlərin yanında onların valideynləri də olub.

Görüntülərdə onların bu izdivaca razılıq verdikləri əks olunub.

Furkan paylaşımına "Sevdiyiniz insanın arxasınca gedin. Ağlınızda olacağına, sevdiyiniz insan yanınızda olsun", sözlərini yazıb.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Nianın bloger Sabir Samiroğlu ilə hava limanının liftində səmimi münasibətlərini əks etdirən videolar yayılmışdı. Lakin Nia bu görüntülərin ona aid olmadığını iddia etmişdi. Bütün bunların fonunda Nia və Furkan cütlüyü ayrılmağa qərar versələr də yenidən bir araya gəliblər.

Milli.Az


Etiketlər:  Qalmaqallı görüntülərdən sonra Nia Furkan nişanlandı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ