Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2024 13:14
Türkiyəli baş məşqçi Arda Turanla rəqib komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, hadisə Türkiyə 1-ci Liqasının "Bodrumspor" - "Eyüpspor" matçında baş verib.
Birinci hissənin son dəqiqələrində meydan sahiblərinin baş məşqçisi İsmet Daşdemirin qırmızı vərəqə alması vəziyyəti gərginləşdirib. "Bodrumspor"un azarkeşləri ilə qonaq komandanın ehtiyat oyunçular skamyası arasında söz davası yaşanıb. Meydana atılan kənar əşyalar "Eyüpspor"un baş məşqçisi Ardan Turan və məşqçisi Uğur Demiroka tuş gəlib. Ciddi xəsarət alan Demirok təcili tibb yardımla xəstaxanaya çatdırılıb. Oyun bir neçə dəqiqə dayandırlıb.
Qeyd edək ki, qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.