Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolik nişanlanan tiktokerlərə səsləndi: "İkiniz də qəmişinizi çəkin...”

Tolik nişanlanan tiktokerlərə səsləndi:

Tarix: 3 Mart 2024 16:25

Sosial şəbəkələrdə qalmaqalları ilə gündəmə gələn tiktokerlər Nia Kurbanova və Furkan Ağluçun ötən gün nişanlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) onların nişan xəbərinə ilginc reaksiya verib. Belə ki, Tarix Əliyev cütlüklərlə bağlı videomüraciət yayaraq deyib:

"Axır ki, nişanlandılar. Bilirəm ki, hamı düşünürdü ki, bu nişan olmayacaq. Ara yerdə dostumuz Sabirin adı çəkildi. Allah bir ömür xoşbəxt həyat bəxş etsin, amma xahiş edirəm, ikiniz də qəmişinizi çəkin Azərbaycan xalqının üzərindən. Gedin işinizlə məşğul olun, bezdirdiz bizi! Artıq nifrət edirik bu söz-söhbətə ki, kim kimi öpdü, kim kiminlə nişanlandı. Belə də ki, Furkanın minnəti olsun Nia kimi qızı alır. Nianın indi "range rover" maşını var".

Milli.Az


Etiketlər:  Tolik nişanlanan tiktokerlərə səsləndi İkiniz qəmişinizi çəkin


RƏYLƏR