Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 10:54
Qazaxıstanda 5.2 maqnitudalı zəlzələ baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik"in Qazaxıstan bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Almatıda hiss olunub, Türküstan vilayətində körpü dağılıb. Zəlzələnin episentri Almatı şəhərindən 37 kilometr məsafədə baş verib.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda şəhərdə həyəcan siqnalı işə düşüb.