Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “Qarabağ”a qol vuran futbolçunu 15 milyona satdılar

Bakıda “Qarabağ”a qol vuran futbolçunu 15 milyona satdılar

Tarix: 4 Mart 2024 18:22

İspaniyanın "Atletik" klubu heyətini yeni futbolçu transfer edib.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki,  bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bilbao klubu "Braqa"nın vingeri Alvaro Calonu alıb. 24 yaşlı ispaniyalı ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubuna yayda qoşulacaq.

"Atletik" Calo üçün "Braqa"ya 15 milyon avro ödəyəcək. Anlaşmada daha 5 milyon avro bonus nəzərdə tutulub.

Qeyd edək ki, Alvaro Avropa Liqasının pley-offunda "Qarabağ"la Bakıdakı qarşılaşmada qol vurub. O, mövsümün 38 matçında 14 qol və 3 assistə imza atıb.


Etiketlər:  Bakıda Qarabağa vuran futbolçunu milyona satdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ