Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Qeyts Hindistanda Markla GÖRÜŞDÜ - FOTOlar

Bill Qeyts Hindistanda Markla GÖRÜŞDÜ - FOTOlar

Tarix: 4 Mart 2024 20:24

Amerikalı tanınmış biznesmen Bill Qeyts "Meta" şirkətinin qurucusu, milyarder Mark Zukerberqlə görüşüb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, biznesmenlərin görüşü Hindistanın Camnaqar şəhərində baş tutub.

Belə ki, milyarderlər Mukeş Ambaninin oğlu Anant Ambani ilə Radhika Merchantın iyul ayında baş tutacaq toyları ilə bağlı keçirilən şənlikdə bir araya gəlib. 

Qeyts Zukerberqlə birgə fotosunu öz sosial media hesablarında paylaşaraq onun geyimini bəyəndiyini vurğulayıb:

"Sənin tədbirlərdə geyim seçimin hər zaman əla olub". Sözügedən foto sosial şəbəkələrdə maraqla qarşılanıb. 
Xatırladaq ki, Hindistanın ən varlı iki ailəsini təmsil edən Anant Ambani ilə Radhika Merchantın toyu ilə bağlı şənliklər martın 1-i başlayıb və ayın 3-nə qədər davam edib. Şənliyə 1000-ə yaxın tanınmış qonaq dəvət edilib. Tədbirdə ulduz müğənni Rihanna da səhnə alıb.

Milli.Az


Etiketlər:  Bill Qeyts Hindistanda Markla GÖRÜŞDÜ FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ