Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyaya qoşulsaq, Ermənistan məhv olacaq - Melkonyan

Rusiyaya qoşulsaq, Ermənistan məhv olacaq - Melkonyan

Tarix: 5 Mart 2024 10:56

Lavrov deyir: Ermənistan Qərbin və ya Rusiyanın xeyrinə seçim etməlidir. Qərbə doğru getsək, Rusiya kimi düşmən tapacağıq, Rusiyanı seçsək, müstəqilliyimizi və ərazilərimizi itirəcəyik, bu da respublikanın məhvinə gətirib çıxaracaq. Bizə Rusiya-Belarus ittifaqına qoşulmağı təklif edirlər, lakin bu, Ermənistanın sonu demək olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin hakim "Mülki Müqavilə" partiyasından olan deputatı Qagik Melkonyan deyib.

"İrəvan nə bu məsələ, nə də KTMT-dən çıxmaqla bağlı hələ qərar verməyib. İstisna etmirəm ki, İrəvan indiki siyasətini davam etdirsə, Moskvanın rəhbərlik etdiyi alyansdan kənarda qalacaq. Hələ hər şey müzakirə olunur, müzakirədən sonra məlum olacaq ki, biz onları, yoxsa onlar bizi tərk edəcək. Amma hələ vaxt var, çünki müzakirələr davam edir", - o bildirib.

Milli.Az


Etiketlər:  Rusiyaya qoşulsaq Ermənistan məhv olacaq Melkonyan


RƏYLƏR