Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin 16 şəhərinə XƏBƏRDARLIQ

Türkiyənin 16 şəhərinə XƏBƏRDARLIQ

Tarix: 5 Mart 2024 11:18

Türkiyənin 16 şəhəri üçün ardıcıl olaraq hava xəbərdarlığı edilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə ölkənin Meteorologiya Müdirliyi məlumat yayıb.

Bildirilib ki, bütün ölkə həftə sonuna qədər davam edəcək soyuq, leysan və qarlı havanın təsiri altındadır.

Bir çox şəhərlərdə qar yenidən başlayacaq. Havanın temperaturu 7 dərəcə aşağı enəcək. İstanbulda həftəsonu havanın temperaturu 10 dərəcədən aşağı düşəcək.

Bu şəhərlərə sarı kodla xəbərdarlıq edildi. Güclü küləyin əsəcəyi gözlənilir.

Afyonkarahisar, Ankara, Aydın, Balıkesir, Burdur, Denizli, Eskişehir, Isparta, İzmir, Karaman, Konya, Kütahya, Manisa, Uşak

Narıncı kodla xəbərdarlıq edildi. Güclü külək və tufan gözlənilir.

Antalya, Muğla

Milli.Az


Etiketlər:  Türkiyənin 16 şəhərinə XƏBƏRDARLIQ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR