Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə İsrail casusu olmaqda şübhəli bilinənlər tutuldu

Türkiyədə İsrail casusu olmaqda şübhəli bilinənlər tutuldu

Tarix: 5 Mart 2024 15:58

Türkiyədə İsrailin "MOSSAD" kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxslər ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul polisinin birgə həyata keçirdiyi əməliyyat çərçivəsində saxlanılıblar. 

Onlar arasında keçmiş dövlət qulluqçusu, detektiv Hamza Turhan Ayberk də var. Ayberkin mütəmadi olaraq yerli telekanalların efirinə dəvət olunduğu vurğulanıb. 

İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında Türkiyə ərazisində Yaxın Şərqdən olan şəxslərin və şirkətlərin fəaliyyəti barədə İsrail kəşfiyyatına məlumat ötürüb. 

Ona 2019-cu ildə Belqradda bu fəaliyyətlə bağlı təlim keçirildiyi də əlavə olunub.

Milli.Az


Etiketlər:  Türkiyədə İsrail casusu olmaqda şübhəli bilinənlər tutuldu


RƏYLƏR