Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2024 19:46
"Amazon"un qurucusu Ceff Bezos yenidən dünyanın ən varlı adamları reytinqinə başçılıq edir. Son 8 ay ərzində bu titul "Tesla", "SpaceX" və X sosial şəbəkəsinin (Twitter) sahibi İlon Maska məxsus idi.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, Bezosun sərvəti martın 5-nə 200 milyard dollar, Maskın sərvəti isə 198 milyard dollar olaraq qiymətləndirilir. Reytinq liderinin dəyişməsi "Tesla"nın səhmlərinin bir gün əvvəl şirkətin elektrik avtomobillərinin satışlarının azalması xəbəri fonunda 7,5%-dən çox ucuzlaşmasından sonra baş verib.
Dünyanın ən varlı adamları siyahısında üçüncü yeri 197 milyard dollarla LVMH qrupunun sahibi Bernard Arno tutur. Sonra sərvəti 179 dollarla qiymətləndirilən "Meta" şirkətinin rəhbəri Mark Zukerberq gəlir. İlk beşliyi 150 milyard dollar kapitalla "Microsoft"un yaradıcısı Bill Qeyts qapayır