Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevgilisini 14 min dollarlıq işə düzəldən baş nazir İSTEFA VERDİ - FOTO

Sevgilisini 14 min dollarlıq işə düzəldən baş nazir İSTEFA VERDİ - FOTO

Tarix: 6 Mart 2024 10:48

Perunun Baş naziri Alberto Otarola tutduğu vəzifəsindən istefa verdiyini açıqlayıb.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Otarola mətbuata açıqlamasında prezident Dina Boluarte ilə görüşündən sonra postundan getdiyini bildirib.

Buna səbəb isə Otarolanın eşq yaşadığı xanıma hökumətdə vəzifə verməsi olub. Belə ki, ölkənin "Panorama" telekanalı Baş nazirlə sevgilisinin səs yazısını yayımlayıb. Qeydlərdə Otarolanın adı Yazire Pinedo olduğu öyrənilən 25 yaşlı qadına arxiv və dövlət işlərini idarə etmək üçün 14 min dollar dəyərində iş verdiyi ortaya çıxıb.

Bununla yanaşı, Otarola keçmiş biznes ortağını da dövlətlə qeyri-qanuni müqavilə bağlamağa kömək edib. 

Baş nazirin səs yazılarının üzə çıxmasından sonra hərəkətə keçən prokurorluq ona qarşı korrupsiya iddiaları ilə bağlı ilkin araşdırmaya başlanıldığını açıqlayıb.

Perunun keçmiş prezidenti Martin Vizkarran da Otarolanı korrupsiyada ittiham edib. 

Hadisələr fonunda mətbuata açıqlama verəm Alberto  "Hökuməti sakitləşdirmək üçün bu qərarı verdim. Bütün araşdırmalara açığam və bütün bunların arxasında cənab Martin Vizkarranın dayandığına heç bir şübhəm yoxdur", - deyib. 

Ona qarşı irəli sürülən korrupsiya iddialarını "heç bir şəkildə" qəbul etmədiyini vurğulayan Otarola, "Həyatım və peşəkar karyeram boyunca həmişə əxlaqa, əxlaqa və qanunun aliliyinə inanmışam",- deyə vurğulayıb. 

Milli.Az


Etiketlər:  Sevgilisini 14 min dollarlıq işə düzəldən baş nazir İSTEFA VERDİ FOTO


RƏYLƏR