Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yeniyetmələrə siqaret satan 4 satıcı cərimələnib

Bakıda yeniyetmələrə siqaret satan 4 satıcı cərimələnib

Tarix: 16 Noyabr 2019 16:15

Bakı. Trend:

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yeniyetmələrə siqaret satan satıcı cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ