Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meyxanaçı Rüfətin FOTOsunu paylaşdı: “Vaxt tap özünə hörmət elə..."

Meyxanaçı Rüfətin FOTOsunu paylaşdı: “Vaxt tap özünə hörmət elə...

Tarix: 7 Mart 2024 12:00

Müğənni Nüşabə Musayeva meyxanaçı Rüfət Nasoslu ilə bağlı qalmaqallı paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında post paylaşıb. 

Nüşabə qarşı tərəfi yəni Rüfəti efirlərdə onun haqda xoşaqəlməz fikirlər səsləndirdiyini yazaraq, sonuncə dəfə xəbərdarlıq ünvanlayıb: 

"Sən öz aləmində güya mənimlə məzələnib məni ələ salırsan?  Başın qaçıb sənin? Kimlərlə səhv saldın məni? Bir də hansısa verilişdə mənə söz deyib atmaca atarsan, sonra da təkrar o qələti edib səhifəndə paylaşarsan, bildin? Məni kimlərləsə qarışdırma. Adamını tanı, özünə tay olanlarla məşğul ol! Bu paylaşıma görə mənə kimsə ağız açmasın. Məndən üzr istəməyənədək bu paylaşım silinməyəcək. Bir arada vaxt tap özünə hörmət elə, sonra da yerini və həddini bil. Mən kimsələrə bənzəmərəm. Ağıllı ol". 

Milli.Az


Etiketlər:  Meyxanaçı Rüfətin FOTOsunu paylaşdı Vaxt tap özünə hörmət elə


RƏYLƏR