Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bayer”in “Qarabağ”la oyunlar üçün vəzifəsi açıqlandı

“Bayer”in “Qarabağ”la oyunlar üçün vəzifəsi açıqlandı

Tarix: 7 Mart 2024 15:46

"Qarabağ" güclü komandadır. Onlar bunu qrup mərhələsində də sübut etdilər".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Bayer"in idman direktoru Saymon Rolfes bildirib.

Almaniya klubunun rəsmisi Avropa Liqasının 1/8 final mərhələsinin bu gün keçiriləcək "Qarabağ"la ilk oyunu barədə fikirlərini açıqlayıb: "Qarabağ" "Braqa" ilə pley-offdakı matçının sonunda vəziyyəti öz lehinə necə dəyişməsi böyük hörmətə layiqdir. Bizim vəzifəmiz bu qarşılaşmalara yüksək konsentrasiya ilə yanaşmaqdır ki, iki çətin oyunda 1/4 finala yüksələk".

Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun bu gün, cavab görüşü martın 14-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Bayerin Qarabağla oyunlar üçün vəzifəsi açıqlandı


RƏYLƏR