Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gündə neçə ədəd meyvə yeməliyik?

Gündə neçə ədəd meyvə yeməliyik?

Tarix: 7 Mart 2024 21:45

Orqanizmdə vitamin və mineralların defisiti ilin fəsillərindən asılı olmayaraq hər zaman müşahidə olunur və bunu təmin etmək lazımdır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Kristina Çepıqova vitamin defisitindən ən çox əziyyət çəkənləri sadalayıb.

" Yaşı 60-dan yuxarı olanlar, yenidoğulmuşlar, hamilələr, əməliyyatdan sonra, mədə-bağırsaq xəstəliyi olanlar, alkoqol və siqaret çəkənlərdə ciddi avitaminoz olur.

Hətta ən sadə balanslaşdırılmış qida insana vacib elementləri verə bilər.

Defisitin qarşısını almaq üçün hər gün 5 posr tərəvəz-meyvə, 2-3 pay süd məhsulları, 2-3 yüksək zülal tərkibli qida - toyuq, ət, yumurta və s. yemək lazımdır.

Hazırda belə bir mif yayılıb ki, indiki meyvə-tərəvəzdə vitamin yoxdur. Bu fikrin elmi əsası yoxdur.

O ki, qaldı vitamin preparatlarına, onlar çox vaxt nəinki faydasız, hətta sağlamlığa zərərli ola bilər. Yeməkdən yox, aptek vitaminlərindən istifadə edərəm düşünənələr səhv edir".

Milli.Az


Etiketlər:  Gündə neçə ədəd meyvə yeməliyik


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR