Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2024 09:50
Hollivud ulduzu Alek Bolduin "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi silahla vurduqdan sonra dünyasını dəyişməsində təqsirli şəxs bəlli olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, çəkiliş zamanı istifadə olunan silahlardan məsuliyyət daşıyan Rid adlı şəxs təqsirli hesab olunub. O, 18 ay müddətinə həbs olunub. Bununla yanaşı təqsirkar 5 min dollar cəza ödəyəcək.
Alek isə iyulun 9-da hakim qarşısına çıxacaq, təqsirli hesab edillərsə, 18 ay həbs cəzası alacaq.
Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.