Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2024 17:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq qadın haqları təşkilatlarını Qəzzada qadın və uşaqların ölümünə susmaqda ittiham edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ərdoğan bunu bu gün qadınlarla bağlı keçirilən tədbirdəki çıxışında deyib.
"Fələstindəki qırğınlara məhəl qoymayanlar ardıcıl, təsirli və qərəzsiz ola bilməz. Sizdən soruşuram, qadın haqları ilə bağlı hay-küy salanlar Qəzzada ölənlərin müdafiəsi üçün səslərini ucaltdılarmı? Biz diplomatik təşəbbüslərimiz və köməyimizlə Fələstində öz mövqeyimizi ortaya qoyuruq. Bəşəriyyətin qalan hissəsinə hüquqlar və qanunlar haqqında mühazirə oxuyanların İsrailin siyasətinə qarşı hərəkətə keçdiyini görmüsünüzmü?", - Ərdoğan bildirib.