Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2024 18:25
"Mən 8 Mart - Beynəlxalq Qadınlar Günündə təbrik gözləmirəm. Amma bu təbrikləri alıram və bu məni sevindirir. Deyim ki, kimdənsə təbrik gözləyirəm, belə bir şey yoxdur. Ola bilər ki, bu kimi məqamlar uşaqlıqda olub".
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə qonaq olduğu "Dikdaban" verilişində deyib.
Sənətçi bildirib ki, "8 Mart - Beynəlxalq Qadınlar Günü"də qadınlar təbriki həmcinslərindən yox, kişilərdən almalıdır:
"Düşünürəm ki, 8 Mart qadınların bayramıdır. Bu gün isə qadınlar qadınları təbrik etməməlidir. Kişilər qadınları təbrik etməlidir. Amma son zamanlar görürəm ki, nədənsə qadınlar qadınları təbrik edirlər. Təbriki kişilər etməlidir. Bütün bayramları sevirəm. Kaş bayramlar çox olsun. 8 Martda uşaqlar öz analarını təbrik edir. Bu bayramda əsasən rəfiqələr bir-birini zəng edib, təbrik edir. Deyirsən ki, ay bacı sən axı məni niyə təbrik edirsən (gülür)".