Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2024 00:34
Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
"Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib", - Miller qeyd edib.
O bildirib ki, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər:
"Bu cür hərəkətlər əsassız və kobuddur".