Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerin rəqəmsal surəti yaradıldı - FOTO

Yerin rəqəmsal surəti yaradıldı - FOTO

Tarix: 9 Mart 2024 14:32

İtaliya Milli Tədqiqat Şurasının alimləri qlobal fəlakətləri öyrənmək və proqnozlaşdırmaq üçün Yerin rəqəmsal modelini yaradıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, müxtəlif təbii fəlakətlərin nəticələrini onlar baş verməmişdən əvvəl qiymətləndirməyə imkan verəcək.

Mütəxəssislər planetin virtual surətindən istifadə edərək müxtəlif fəlakətlər üçün ən yaxşı və ən pis ssenarilərini yaratmaq məqsədilə yeni məlumatlar daxil edə bilərlər.

Alimlər planetin "rəqəmsal əkizləri" üzərində işləyərkən Yerin peyk məlumatlarından istifadə ediblər.

Modelin yaradıcıları qeyd ediblər ki, sistem çox mürəkkəbdir və yeni məlumatlar əlavə olunduqca təkmilləşdirməyə ehtiyac olacaq. Tədqiqatçılar süni intellektdən (AI) istifadə edərək bu problemi həll etməyə ümid edirlər. Neyroşəbəkələrin tətbiqi həm də vaxta qənaət etməyə kömək edəcək, tərtibatçılara diqqəti digər problemli obyektlərə yönəltmək imkanı verəcək.

Milli.Az


Etiketlər:  Yerin rəqəmsal surəti yaradıldı FOTO


RƏYLƏR