Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oljas Süleymenov İlham Əliyevi təbrik edib

Oljas Süleymenov İlham Əliyevi təbrik edib

Tarix: 11 Mart 2024 14:09

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi fevralın 7-də keçirilmiş seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.

Seçkilərdən əvvəlki dövrdə Sizin və bütün xalqınızın xidmətləri bu qələbəni şərtləndirib. Bu, Qara Bağdan indi inamla Böyük Bağa çevrilən Qarabağda qazanılan Qələbənin əks-sədasıdır.

Qoy Sizin bütün təşəbbüsləriniz həmişə "böyük" kəlməsi ilə müşayiət olunsun!

Sizə cansağlığı və uzun ömür arzulayıram".

Milli.Az


Etiketlər:  Oljas Süleymenov İlham Əliyevi təbrik edib


RƏYLƏR