Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO İsveç ərazisində nüvə silahı yerləşdirəcək?

NATO İsveç ərazisində nüvə silahı yerləşdirəcək?

Tarix: 11 Mart 2024 16:14

NATO İsveç ərazisində nüvə silahı yerləşdirməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq NATO baş qərargahında İsveçin bayrağının qaldırılması ilə bağlı mərasimdən əvvəl İsveç Baş naziri Ulf Kristersson ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Baş katib Stoltenberq deyib ki, Alyansın nüvə silahına malik müttəfiq ölkələrin siyahısını genişləndirmək kimi bir planı yoxdur və yeni üzv olan İsveçlə bağlı da belə bir plan gözlənilmir:

"Bizim eyni zamanda, İsveçə döyüş qrupları yerləşdirmək kimi bir planımız yoxdur, hansı ki Baltikyanı ölkələrdə belə qruplar var. Ümumilikdə isə NATO hərbi bazasının yaradılması və ya nüvə imkanları ilə bağlı məsələ İsveçin suveren şəkildə verəcəyi qərardır".

İsveç Baş naziri Ulf Kristersson da onun ölkəsinin ərazisində NATO-nun daimi bazasının və nüvə silahın yerləşdirilməsinə hələ ki ehtiyac olmadığını deyib.

Milli.Az


Etiketlər:  NATO İsveç ərazisində nüvə silahı yerləşdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ