Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mollanın qadına qarşı bu hərəkəti qalmaqala səbəb OLDU - VİDEO

Mollanın qadına qarşı bu hərəkəti qalmaqala səbəb OLDU - VİDEO

Tarix: 11 Mart 2024 16:56

İranın Qum şəhərində mollanın körpəsinə süd verərkən baş örtüsü açılan qadını telefonla videoya çəkməsi qalmaqala səbəb olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə Qum şəhərində yerləşən klinikada baş verib.

Yayılan videoda mollanın körpə uşağını klinikaya aparan qadının yaylığının başından düşməsi və mollanın onu telefonla çəkməsi əks olunub.

Qadın molladan videonu silməsini tələb edir, molla isə onu hicab qaydalarını pozmaqda ittiham edərək, yaylığını bağlamasını istəyir.

Görüntülər sosial mediada yayıldıqdan və insan haqları fəallarının tənqidləri ilə qarşılaşdıqdan sonra Qum prokuroru məsələyə münasibət bildirib.

Prokuror Hüseyn Qərib mollanın özbaşına hərəkətinə bəraət qazandıraraq, molla ilə qadının mübahisəsini çəkib yayanların axtarışa verildiyini, onlara qarşı cəza tədbirləri görüləcəyini deyib.

O, bu hadisədən əks-inqilabçı və düşmən medianın hakimiyyətə qarşı istifadə etdiyini iddia edib.

Milli.Az


Etiketlər:  Mollanın qadına qarşı bu hərəkəti qalmaqala səbəb OLDU VİDEO


RƏYLƏR