Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2024 19:16
"Leççe"nin baş məşqçisi Roberto Daversa futbolçusu Tomas Henriyə kəllə vurub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, baş məşqçi bunu "Verona"ya 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra edib.
Daha sonra çalışdırıcı xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.
O, bunun bilərəkdən etmədiyini deyərək üzr istəyib: "Bu mən deyiləm, qəbul etmirəm. Henridən, "Leççe"dən, "Verona"dan, hakimlərdən və İtaliya ictimaiyyətindən üzr istəyirəm".
Lakin o, üzr istəməyinə baxmayaraq vəzifəsindən qovulub.
Qeyd edək ki, "Leççe" ilin əvvəlindən İtaliya A Seriyasında cəmi bir dəfə qalib gəlib və turnir cədvəlində 15-ci yerdədir.