Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Erməni sərhədçilər avqustda “Zvarnots”da xidmətə başlayacaq”

“Erməni sərhədçilər avqustda “Zvarnots”da xidmətə başlayacaq”

Tarix: 12 Mart 2024 15:42

"Erməni sərhədçilər avqustun 1-dən etibarən "Zvarnots" hava limanında xidmətə başlayacaqlar".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

"Biz belə bir qərar qəbul etdiyimiz barədə məlumat vermişik və səhv etmirəmsə müddət 2024-cü il avqustun 1-i olaraq qeyd olunub", - deyə Paşinyan qeyd edib. 

O, Rusiya sərhədçilərinin "Zvarnots" aeroportunda fəaliyyətinin dayandırılması məsələsini siyasi və geosiyasi deyil, işgüzar məsələ hesab etdiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Erməni sərhədçilər avqustda Zvarnotsda xidmətə başlayacaq


RƏYLƏR