Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hande milyarder sevgilisindən danışdı: "Onunla birlikdə olanda..." - FOTOlar

Hande milyarder sevgilisindən danışdı:

Tarix: 12 Mart 2024 20:12

Hande Erçel "Elle" moda jurnalına müsahibəsində sevgilisi Hakan Sabancı ilə münasibətlərindən danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, kino ulduzu "sevgidə və sevdiyi adamda ən çox nələrə diqqət edirsən?" sualına belə cavab verib: "Bunu ifadə etmək asan deyil. İlk növbədə onunla eyni enerjidə qarşılaşmağı çox sevirəm. Birlikdə xəyal qurmağı, hər mövzuda danışıb birlikdə inkişaf etməyə önəm verirəm".

Hande həmçinin qadın-kişi bərabərsizliyi mövzusuna da toxunub.

"Bizim sektorda qadınlarla kişilər bərabər deyil. Çəkilişdə fərqi dərhal hiss edirsiniz. Bir qadının çəkisinə, qaşlarına, gözlərinə, geyindiyi geyimə görə hücuma məruz qalmasına dözə bilmirəm. Bədən bizim seçimimizdir. Gənc yaşda çəkimlə bağlı yazılan şərhlərdən çox əziyyət çəkirdim. Öz varlığından əmin olan bir qadının işıq saçmaması mümkün deyil", - o vurğulayıb.

Cazibədar aktrisa həm də sevgilisi Hakan Sabancı ilə tez-tez səyahət etməyi sevdiyini deyib: "Əvvəllər çox plansız səyahət edərdim, amma Hakan çox planlı insandır. Ona görə də onunla səyahət edərkən hər şey çox bəlli olur".

Qeyd edək ki, Hakan Sabancı Türkiyənin ən zəngin iş adamlarından biridir.

Milli.Az


Etiketlər:  Hande milyarder sevgilisindən danışdı Onunla birlikdə olanda FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ