Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toyun səhərisi polis həyat yoldaşımı apardı'' - VİDEO

''Toyun səhərisi polis həyat yoldaşımı apardı'' - VİDEO

Tarix: 13 Mart 2024 07:30

Xalq artisti Afaq Bəşirqızı həyat yoldaşı Əhməd Təhməzovla tanışlığından danışıb.

Sonxeber.net axşam.az xəbər verir ki, "Zarafat bir yana" proqramında qonaq olan aktrisaya bununla bağlı sual ünvanlanıb. O, tanışlıqlarından danışıb:

"Çətin günlərim idi. O vaxt qərar çıxdı ki, tanınmışların uşaqları mərkəzdə işləməmlidir. Getdim Sumqayıt Teatrına. Bizim teatrın yanında məkan var idi. Gedib dedilər ki, teatrın 4-5 aktyoru gəlib burada çörək yesin, razılaşdılar. Həmin gün də zavodun yığıncağı idi. Əhməd bəy də komsomolun katibi idi. Gedib çörək yedim, çıxanda mənə elə gəldi ki, Əhməd mənə söz atdı. Qırğın başladı. Çanta almışdım, alverçidən. Pulunu 3 dəfəyə ödəyəcəkdim. Çantanı ona vururdum ki, tutdu göydə və cırdı. İçində kirşanım var idi, sındı. Getdim verdim polisə. Komsomolun rəsi, taetrın rəhbəri hamı dedi ərziəni geri götür. Götürmədim. Evləndik, toyun səhəri günü gəlib kişini apardılar. Yadımdan çıxıb ərizəni götürməmişəm. Onda da cərimə vermək lazım idi. Cəriməmizi ödədik, kişini buraxdılar. Hələ də deyirəm mənə söz atmısan, boynuna almır".


Etiketlər:  Toyun səhərisi polis həyat yoldaşımı apardı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ