Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qanuni oğru” Şakro Molodoy azadlığa çıxır

“Qanuni oğru” Şakro Molodoy azadlığa çıxır

Tarix: 13 Mart 2024 16:32

Rusiyada həbsdə olan "1 nömrəli qanun oğru" hesab olunan Şakro Molodoy (Zaxari Kalaşov) azadlığa çıxır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsindən bildirilib.

Qeyd olunub ki, 70 yaşlı Zaxari Kalaşov səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılacaq.

Məhkəmə bağlı qapılar arxasında onun şərti azadlığa buraxılması tələbini təmin edib. Kalaşovun dəqiq nə vaxt azadlığa çıxacağı hələlik məlum deyil.

Qeyd edək ki, 2018-ci ildə Şakro Molodoy Moskvanın Roçdelskaya küçəsindəki restoranın sahibindən hədə-qorxu ilə pul tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Şakro Ded Xasan ləqəbli "kriminal avtoritet" Aslan Usoyan öldürüləndən sonra onun klanına rəhbərlik edib.

Milli.Az


Etiketlər:  Qanuni oğru Şakro Molodoy azadlığa çıxır


RƏYLƏR