Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2024 17:34
İtaliya Rəqabət Qurumu "TikTok"u cərimələyib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə "Haber Global" məlumat verib.
Qurumun verdiyi açıqlamaya görə, Çində yerləşən "ByteDance" qrupuna məxsus "TikTok"un İtaliya, İngiltərə və İrlandiyadakı filialları, yetkinlik yaşına çatmayan istifadəçiləri potensial zərərli məzmundan qorumadıqları üçün ümumilikdə 10 milyon avro cərimələnib.
Bildirilib ki, "TikTok" platformasında yayılan məzmuna nəzarət onun yetkinlik yaşına çatmayanların və həssas şəxslərin psixoloji və fiziki təhlükəsizliyini təhdid edib-etmədiyini müəyyən etmək üçün kifayət deyil.
Açıqlamaya görə, sözügedən sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc olunmuş təlimatlarına əməl etməyib.