Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Vikipediya bilmirəm nədir"

Tarix: 15 Mart 2024 02:55

Əməkdar artist Cavanşir Məmmədov "Həmin Zaur" verilişində qonaq olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, verillişdə müğənni aparıcı Zaur Kamalın "Vikipediyanız var" sualına belə cavab verib:

"O nədir? Başa düşmədim, nə deməkdir? Vikipediya bilmirəm nədir".

Bunun ardınca Zaur Kamal "Ali təhsiliniz yoxdur? Bilmirsiniz ki, vikipediya nədir? Bütün tərcümeyi hal orada yazılır" deyib.

Cavanşir Məmmədov isə "Ali təhsilli olanda nə olar ki? Biz o dövrün ali təhsillilərindənik. Bir dəfə 15 il əvvəl Elçin Əlibəyli kinoloq nədir soruşdu. Birinci dəfə idi eşidirdim. Heç kim bilmədi nə deməkdir. Amma tərcümeyi halım var, özüm yazmamışam" cavabını verib.

Milli.Az


Etiketlər:  Vikipediya bilmirəm nədir


RƏYLƏR