Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Juninyo "Qarabağ"dan ayrılır? - ÖZÜ AÇIQLADI

Juninyo

Tarix: 15 Mart 2024 12:26

Avropa Liqasının 1/8 finalının cavab matçında "Bayer 04" "Qarabağ"ı 3:2 ilə hesabı ilə məğlub etdi.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir, bu nəticə ilə Ağdam təmsilçisi üçün turnirdə mübarizə başa çatdı. 

"Qarabağ"ın ikinci qolunun müəllifi olan Olavio Juninyo matçdan sonra oyunu dəyərləndirib:

"Maraqlı oyun oldu. İkinci buraxdığımız qola görə çox üzüldüm. Amma "Bayer"in potensialı hamıya bəllidir. Qırmızı vərəqə aldığımız epizodda da bəxtsizlik oldu. Bu da oyuna təsir etdi. Oyun yüksək tempdə keçirdi. Bu tip oyunlarda sona qədər meydanda olmaq istəyirsən".

Hücumçu "Qarabağ"dakı gələcəyi barədə də danışıb:

"Hazırda "Qarabağ"da xoşbəxtəm. Burada oynadığım üçün qürur duyuram. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər. Keçdiyim komandaya tez uyğunlaşa bilirəm".

Milli.Az


Etiketlər:  Juninyo Qarabağdan ayrılır ÖZÜ AÇIQLADI


RƏYLƏR