Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Husilər İsrail və ABŞ gəmilərinə hücum etdi

Husilər İsrail və ABŞ gəmilərinə hücum etdi

Tarix: 15 Mart 2024 17:54

Husilər Qırmızı dənizdə İsrail ticarət gəmisinə və ABŞ esminesinə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yəməndə üsyançı husilərin "Ənsar Allah" hərəkatının təsis etdiyi və sahibi olduğu "Al Masirah" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, hərəkatın sözçüsü Yəhya Sari bildirib ki, İsrailə aid olduğu müəyyən edilən "Pacific 01" ticarət gəmisi və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesə hücumlar gəmi əleyhinə raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Milli.Az


Etiketlər:  Husilər İsrail ABŞ gəmilərinə hücum etdi


RƏYLƏR