Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Dəmiryol Vağzalına avtomobillə gələn sərnişinlərin NƏZƏRİNƏ

Bakı Dəmiryol Vağzalına avtomobillə gələn sərnişinlərin NƏZƏRİNƏ

Tarix: 15 Mart 2024 18:56

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində ("28 May" metrostansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi 27 mart tarixindən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək.

ADY-dən Milli.Az-a bildirilib ki, avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrə tanıma sistemi sayəsində tənzimlənəcək.

"Ərazidə avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi sərnişinlərin minik avtomobili ilə rahat qarşılanması və ya yola salınmasına imkan verəcək", - o qeyd edib.

Xatırladaq ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının "28 May" metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərarına uyğun olaraq göstərilən ərazilərdəki parklanma yerlərinin fəaliyyəti dayandırılıb.

Milli.Az


Etiketlər:  Bakı Dəmiryol Vağzalına avtomobillə gələn sərnişinlərin NƏZƏRİNƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ