Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marseldə erməni terrorçunun abidəsinin təntənəli açılışı olub - VİDEO - FOTO

Marseldə erməni terrorçunun abidəsinin təntənəli açılışı olub - VİDEO - FOTO

Tarix: 15 Mart 2024 21:20

Marseldə türk generalı Təlat Paşanın qatili, erməni terrorçu Soqomon Teyleryanın abidəsinin təntənəli açılışı olub.

Milli.Az xatırladır ki, türk dövlət xadimi, Osmanlı İmperiyasının daxili işlər naziri Təlat Paşa ermənilərin köçürülməsi haqqında fərman imzaladığı üçün ermənilər tərəfindən qondarma "soyqırım"ın əsas təşkilatçısı hesab olunur.

Təlat Paşa 1921-ci il martın 15-də Berlinin (Almaniya) gur küçələrindən birində Soqomon Teyleryan tərəfindən qətlə yetirilib.

2017-ci ildə 80 min erməninin yaşadığı Fransanın Marsel şəhərində Soqomon Teyleryanın adına meydan açılıb ki, bu da Fransa tərəfindən erməni terrorizminin təbliğatı kimi qiymətləndirilə bilər.

Milli.Az


Etiketlər:  Marseldə erməni terrorçunun abidəsinin təntənəli açılışı olub VİDEO FOTO


RƏYLƏR