Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vatsapdan yenilik

Vatsapdan yenilik

Tarix: 15 Mart 2024 22:28

Vatsap tərtibatçıları tətbiqə biometrika və paroldan istifadə edərək əlavənin bloklanması funksiyasını əlavə etməyi planlaşdırır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, tətbiqi barmaq izi, sifətin tanınması və ya paroldan istifadə edərək kilidləməyə imkan verən yenilik artıq vatsapın Android üçün 2.24.6.20 versiyasının bəzi beta testerləri üçün işləyir.

Qeyd olunur ki, əvvəllər tətbiqi yalnız biometrik parametrlərdən istifadə etməklə bloklamaq mümkün idi ki, bu da cihazlarında müvafiq sensorlar olmayan və ya digər qorunma üsullarına üstünlük verənləri məhdudlaşdırırdı.

Funksiya hazırda məhdud sayda testçi üçün əlçatandır. Daha geniş auditoriyaya nə vaxt təqdim olunacağı barədə məlumat verilmir.

"WABetaInfo" portalı hələ də istifadəçilərə ən son beta versiyasını quraşdırmağı tövsiyə etmir, çünki bəzi istifadəçilər proqramın heç bir səbəb olmadan daim problem yaranmasından şikayətlənirdilər.

Milli.Az


Etiketlər:  Vatsapdan yenilik


RƏYLƏR