Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2024 10:58
Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, onun çıxış etdiyi "Kocaelispor" "Gənclərbirliyi"nə uduzub.
Ramilin komandası 27-ci turda səfərdə 0:2 hesabı ilə məğlub olub. "Kocaelispor" son 6 oyunda qələbə qazana bilməyib. Şeydayev 3 məğlubiyyət və 3 heç-heçəyə şahidlik edib.
Azərbaycanlı futbolçu "Gənclərbirliyi" ilə qarşılaşmanın 74-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Kocaelispor" 45 xalla 3-cü pillədə qərarlaşıb.