Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlənmək üçün ideal yaş: Boşanma riski aşağıdır

Evlənmək üçün ideal yaş: Boşanma riski aşağıdır

Tarix: 16 Mart 2024 13:10

Boşanma riskinin ən aşağı olduğu ideal evlilik yaşının 25-30 yaş olduğu açıqlanıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu fikri psixoterapevt Lori Qottlib deyib.

O, iddia edir ki, çox erkən olan evlilikdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağa və özlərini təsdiq etməyə davam edirlər ki, bu da ailəyə mənfi təsir göstərir.

Onun sözlərinə görə, yaş keçdikcə tərəfdaşlar həyatdan nə istədiklərini anlamağa başlayırlar.

Psixoterapevt əlavə edib ki, 32 yaşa qədər hər il boşanma ehtimalı 11 faiz azalır.Lakin onun sözlərinə görə, bu yaşdan sonra evliliyin ayrılıqla bitmə ehtimalı hər il beş faiz artmağa başlayır.

Mütəxəssis qeyd edib ki, ayrılıq travmasını yaşayan insanların yeni münasibətlərə başlamaqda çətinlik çəkdiyini bildirib.


Etiketlər:  Evlənmək üçün ideal yaş Boşanma riski aşağıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ